Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzi haqqında

Proflinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzində son illər bir sıra islahatlar həyata keçirilir.

Proflinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzində son illər bir sıra islahatlar həyata keçirilir. Ölkə Prezidentnin 13 noyabr 2017-ci il tarixli, 1680 nömrəli fərmanı ilə Talassemiya Mərkəzi Publik Hüquqi Şəxs statusu almışdır. Bu sərəncam Mərkəzin fəaliyyətndən nəinki talassemiyalı xəstələrin, eləcə də onkohematoloji və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın daha səmərəli istifadəsi üçün geniş imkanlar yaradır. Ölkə rəhbərinin sərəncamı Talassemiya Mərkəzinin unikal imkanları ilə digər dövlətlərin vətəndaşlarına da tibbi xidmət göstərmək üçün zəmin yaratmışdır.

Azərbaycanda talassemiya daşıyıcılığı geniş yayılıb, bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi inşa edilib. Mərkəzin yaradılmasında əsas məqsəd, ixtisaslaşdırılımış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır. Talassemiya ilə doğulanların sayının artmaması üçün əhalinin maarifləndirilməsi, bu sahədə elmi tədqiqatların aparılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.

BAXIŞIMIZ

"Talassemiyasız həyat naminə" şüarını əsas götürərək respublikamızda 1 nəfər belə talassemiya xəstəsinin doğulmamasına nail olmaq, beynəlxalq sahədə təbabətin əldə etdiyi ən yüksək səviyyədəki metodları təqib və tətbiq etmək, bu fəlaiyyəti akademik şəraitdə davam etdirmək əsas hədəfimizdir.

MİSSİYAMIZ

Talassemiya ilə mübarizədə vətəndaşlarımıza dövlətimizin şəfqətli qyğısını hiss etdirən, təbabətin çatdığı ən yüksək səviyyədə, etibarlı, mərkəzləşmiş və keyfiyyətli xidmət göstərən, xəstələrin hüquqlarına hörmətlə yanaşan, ətraf mühiti qoruyan, bacarıqlı tibb işçiləri yetişdirən, yenilikçi və daim özünü inkişaf etdirən qabaqcıl bir tibb müəssisəsiyik.

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi