Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

CentralLab

CentralLab ölkəmizin ən böyük Laboratoriya Mərkəzlərindən biridir.

CentralLab-ın bölmələri Talassemiya Mərkəzinin üç ayrı-ayrı mərtəbəsində yerləşir.

Tam gücü ilə fəaliyyətə başlayan Molekulyar-Genetika, Sitogenetika, Toxuma tipləndirmə və Kök Hüceyrə Laboratoriyalarımız ölkəmizdə yeganədir.

CentralLab klinik laborator diaqnostikanın bütün sahələri üzrə xidmət göstərir, ən müasir nəzəri və praktik yenilikləri tətbiq edir. Laboratoriyalarımızda dünyanın referens mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST, CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühim rola malikdir. Bizimlə əməkdaşlıq edən müalicə həkimlərinin istəklərinə uyğun nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra onlar analiz nəticələrini öz kompyuterlərində görə biləcəklər. Pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.

BİZ NƏ İLƏ FƏRQLƏNİRİK?

Elmi-tədqiqat Mərkəzi

CentralLab eyni zamanda ölkəmizin ən böyük elmi-tədqiqat laboratoriyalarından biridir. Problem elmi-tədqiqat laboratoriyamızda Hematologiya, o cümlədən irsi qan xəstəlikləri, hemoqlobinopatiyalar, leykemiyalar, həmçinin Genetika, Mikrobiologiya, Biokimya və Kök Hüceyrə istiqamətləri üzrə elmi araşdırma aparmaq üçün hər cür imkanlar vardır.

Ən son texnologiyalar

Testlərimiz standartlaşdırılmış və avtomatlaşdırımış ən son innovativ texnologiyalardan istifadə edilərək işlənilir.

Tibbi Mikrobiologiya və Tibbi Biokimya mütəxəssisləri

Ölkəmizdə yalnız bizim laboratoriyada baza ali tibb təhsilindən sonra xaricdə 4-5 illik doktorantura təhsili almış, yüksək elmi nailiyyətlər əldə etmiş Tibbi Mikrobiologiya və Tibbi Biokimya mütəxəssisləri çalışır.

Daim inkişaf edən laboratoriya

Laboratoriyamız daima inkişaf edən, yenilikləri izləyən, təcrübəyə önəm verən və keyfiyyət standartlarını daima inkişaf etdirən bir missiyaya sahibdir. Böyük test bazası Xəstəliklərin diaqnozunda, xəstə və sağlam şəxslərin təqibində nəticələrə klinik şərhlər etməklə 3000 testdən çox doğru və etibarlı nəticələr ilə xidmət veririk.

Zəngin maddi-texniki bazaya və xaricdə təhsil almış təcrübəli kadr potensialına malik olan CentralLab-ın aşağıdakı bölmələri fəaliyyət göstərir:

Hematologiya
- Hemostaz laboratoriyası
- Sümük iliyi laboratoriyası

Klinik Biokimya
- Hormon laboratoriyası
- Ferment laboratoriyası
- Metabolizm laboratoriyası
- HPLC
- Elektofarez

Klinik Mikrobiologiya
- Bakteriologiya
- Mikologiya
- Parazitologiya
- Molekulyar Mikrobiologiya və Virusologiya (PZR)
- Serologiya

Genetika
- Molekulyar Genetika
- Sitogenetika
- Toxuma tipləndirmə

Kök Hüceyrə laboratoriyası

İmmunologiya
- Flow cytometry
- İmmunofluoressensiya

 

CentralLab

Azərbaycanın Laborator Diaqnostika Mərkəzi

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi