Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Hematologiya

Hematologiya qanın formalı elementləri və qanyaradıcı orqanları (sümük iliyi, limfa düyünləri, dalaq) öyrənən elmdir.

Anemiyalar, qanama və laxtalanma pozğunluqları, dalaq və limfa düyünlərinin xəstəlikləri, leykozlar, sümük iliyinin normadan artiq və ya az işləməsi ilə müşahidə olunan xəstəliklər hematologiya adı altında qruplaşır.

Hematoloji xəstəliklər aşağıdakı qruplara bölünür:

  • Anemiyalar: Dəmir defisiti anemiyası, B12 defisiti, hemolitik anemiyalar, irsi eritrosit xəstəlikləri (Talassemiyalar, oraqvari hüceyrə anemiyası və s.) xroniki xəstəlik anemiyası.
  • Qanama pozğunluqları: İmmun trombotik trombositopeniya, irsi trombosit xəstəlikləri (Bernard-Soulier sindromu, Glazman trombositopeniyası və s.) Von Willebrand xəstəliyi, Hemofiliyalar.
  • Laxtalanma pozğunluqları: Təkrarlayan damar tıxanmaları, irsi laxtalanma pozğunluqları (V faktor Leiden mutasiyalari və s.), diffuz intravaskulyar koaqulyasiya sindromu (DİK), trombotik trombositopenik purpura (TTP), hemolitik-uremik sindrom (HUS), antifosfolipid sindromu (AFS), xərçənglə əlaqəli tromboz.
  • Sümük iliyi çatışmazlığı: Aplastik anemiya, Mielodisplastik sindrom (MDS), sümük iliyinə təsir edən depo xəstəliklər və ya xərçəng metastazları.
  • Mieloproliferativ xəstəliklər: Xroniki mieloleykoz, polisitemiya vera, esensial trombositemiya, primer mielofibroz, xroniki mielomonositar leykoz, xroniki eozinofiliya.
  • Limfomalar: Hoçkin limfoması, Qeyri-hoçkin limfomalar
  • Leykozlar: Kəskin leykozlar (kəskin mieloleykoz, kəskin limfoleykoz), xroniki leykozlar (xroniki mieloleykoz, xroniki limfoleykoz, tüklü hüceyrəli leykoz).
  • Plazma hüceyrə xəstəlikləri: Monoklonal qammopatiya, plazmasitoma, multipl mieloma, Waldenstrom makroqlobulinemiyası.

 

Talassemiya Mərkəzində yuxarıda qeyd edilən bütün hematoloji xəstəliklərin müalicəsi və sümük iliyi transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir.

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi