Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Poliklinika

Talassemiya Mərkəzinin Konsultativ Poliklinika şöbəsində beynəlxalq standartlara uyğun müasir tibbi avadanlıq və təchizatlarla yüksək səviyyədə təmin olunmuş ambulator xidməti təqdim edilir.

Konsultativ Poliklinika şöbəsinin əsas prinsipləri, xəstələrə keyfiyyətli tibbi yardımın göstərilməsi, şöbənin işçiləri tərəfindən xəstələrin, onlarla gələnlərin daxili nizam qaydalarına və sanitar-epidemioloji rejimə riayət olunmasının təmin edilməsi, tibbi personalın öz ixtisaslarına uyğun təkmilləşdirilməsi məqsədilə nəzəri və prkatiki təlimlərin təşkili, qanunvericiliyə uygun olaraq tibbi və digər sənədlərin vaxtında keyfiyyətlə tərtib olunması və “Talassemiyasız Həyat Naminə” layihəsi çərçivəsində maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Hazırda poliklinikamızda təcrübəli və ixtisaslaşmış həkimlər tərəfindən tibbin aşağıdakı sahələri üzrə kabinetlər fəaliyyət göstərir:

  • Psixoloji kabinet
  • Genetik kabinet
  • Stomatoloji kabinet
  • Hemotoloji kabinet
  • Pediatriya kabinet
  • Endokrinoloji kabinet
  • Şüa-diaqnostika və funksional diaqnostika kabineti
  • 16 çarpayılıq transfuzioloji zal
  • Aptek

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi