Yararlı bilgilər
Orqanizmimizdəki hər bir toxuma kök hüceyrə adı verilən ana hüceyrələrdən əmələ gəlir. Bütün qan hüceyrələri də kök hüceyrələrdən əmələ gəlir. Qanın komponentlərini əmələ gətirən kök hüceyrələr sümük iliyində yerləşir. Qan hüceyrələri 3 qrupa bölünür (eritrositlər, leykositlər, trombositlər). Hər bir hüceyrə qrupunun özünə xas funksiyaları var. Qan hüceyrələri orqanizmdə qaz mübadiləsi, yad maddələr və mikroblarla mubarizə, qanı laxtalandırma və s. həyati vacib funkiyaları yerinə yetirirlər. Sümük iliyinin disfunksiyası zamanı qan hüceyrələri funkiyalarını yerinə yetırə bilmir və bu da orqanizmdə bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Kök hüceyrə necə toplanır?
Sümük iliyindən kök hüceyrələrin toplanması əməliyyatxana şəraitində ümumi anesteziya altında həyata keçirilir. Sümük iliyindən toplanan kök hüceyrələr müxtəlif filtrləmə proseslərindən keçirildikdən sonra xəstəyə infuziya olunur. Donordan toplanan kök hüceyrələr ümumi kök hüceyrə miqdarının kiçik bir hissəsini təşkil etdiyi üçün verici üçün heç bir təhlükə daşımır. Transplantasiyadan sonra 3 həftə ərzində sağlam kök hüceyrələrdən qanyaranma başlayır.
Mərkəzimizin aferez otağında toplanan sümük iliyindəki eritrositlər xüsusi qapalı üsulla ayrılaraq donora geri infuziya edilir. Bu üsulla geri infuziya edilən eritrositlər sayəsində donora əlavə eritrosit kütləsinin infuziya edilməsinə ehtiyac olmur.
Periferik qandan kök hüceyrələrin toplanması: kök hüceyrələri yalnız sümük iliyindən deyil, həmçinin periferik qandan da toplamaq mümkündür. İlk növbədə kök hüceyrələrin sümük iliyindən periferik qana keçməsini təmin etmək lazımdır. Bunun üçün donora 4-6 gün G-CSF tətbiq olunur. Daha sonra aferez cihazının köməyi ilə vericinin periferik qanından kök hüceyrələr toplanır.
SİT üçün xəstəxana seçərkən nələrə diqqət etmək lazımdır?
Sümük iliyi transplantasiyasına qərar verən xəstələr xəstəxana seçərkən aşağıdakı xüsusiyyətlərə diqqət etməlidirlər:
Mərkəzik illik transplantasiya sayı: İllik transplantasiya sayı təcrübə baxımından çox önəmlidir. İldə 80 və daha çox transplantasiya həyata keçirən mərkəzlər güclü bir komandaya sahib olduğunun göstəricisidir.
Evə yazılan xəstə sayı: Transplantasiya olunan xəstə sayı kimi evə yazılan xəstə sayı da olduqca önəmli göstəricidir.
Transplantasiya sonrası xəstəliksiz keçən müddətin uzunluğu: Uğurlu bir sümük iliyi transplantasiyası müddəti kimi, bütün prosedurlar bitdikdən sonra xəstəliksiz keçən müddətin mümkün olduqca uzun olması böyük əhəmiyyət kəsb edir.
Transplantasiya sonrası Mərkəzin xəstəni təqib və xidmət səviyyəsi: Poliklinik təqibdə olan xəstə paket xidmətləri çərçivəsinə çıxdığı zaman da transplantasiya komandası ona etibarlı xidmət göstərməlidir.
Transplantasiya əməliyyatı nə qədər diqqət və dəqiqlik tələb edirsə transplantasiya sonrası təqib də bir o qədər ciddi şəkildə aparılmalıdır.
Aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinin baş verdiyi hallarda həkimə müraciət etmək lazimdır:
Hərarət
Təngnəfəslik
Sidiyə gedərkən yanma hissi, hematuriya
Burun axması
Qrip
Ürəkbulanma, qusma İshal
Bulanıq görmə
Başağrısı
Dəridə səpgilər
Ağızda yaralar
Qanama
Kateterlə bağlı problemlər
Konservlənmiş hazır qidalar
Sosislər, kolbasalar;
Yaxşı bişməmiş ət, toyuq, balıq;
Yaxşı yuyulmamış meyvə və tərəvəzlər;
Trans yağlarda qızartmalar, Fast-food məhsulları kimi qidalardan qəti istifadə edilməməmlidir.
Dügün qidalanma cox önəmlidir. Süd və süd məhsulları, ət, balıq istifadə etmək olduqca faydalıdır.
Ancaq yaxşı bişmiş yeməklər yeyilməlidir. Mümkün olduğu qədər ev yeməklərinə üstünlük verilməlidir.
Qabığı soyula bilməyən meyvələr yaxşı yuyulmalı, soyula bilənlər soyulmalı və ya bişirilərək yeyilməlidir.
Spirtli içkilərin qəbulu qadağandır.
Evə yazılma:
Hər şey yolunda gedib yeni kök hüceyrə tərəfindən qan hüceyrələri əmələ gəlməyə başladıqdan sonra immun sistem gündən günə güclənəcəkdir. Gün keçdikcə xəstənin qan komponentlərinə olan təlabatı azalır, ağızdaki yaralar sağalır və dərmanların bir qisminin qəbulu dayandırılır. Xəstəxanamızın kliniki müşahidələrinə əsasən tranplantasiya olunmuş xəstələrimizdə adətən transplantasıya sonrası 9-cu gündən etibarən qan göstəriciləri yüksəlməyə başlayır. Transplantasiya sonrası 13-17-ci gündə xəstə evə yazıla bilər. Evə yazılmaq üçün xəstənin ürəkbulanma, qusma, yüksək hərarət şikayətləri olmamalı, dərmanları ağızdan qəbul edib normal yemək yemə qabiliyyəti bərpa olunmalıdır. Evə yazılmadan öncə lazimi müayinələr aparılmalı və xəstə həkimin məsləhəti ilə evə yazılmalıdır.
Maska taxmalıdırlar. Maska taxmaqla hava damcı yolu ilə yoluxan infeksion xəstəliklərdən qorunmaq mümükündür.
Qapalı və sıx məkanlardan uzaq durmalıdırlar.
Kateteri olan xəstələr kateter baxımına diqqət etməlidirlər. Kateterin yerində qizartı, istilik, qolda şişkinlik müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır.
Qrip və digər infeksion xəstəliyi olan insanlarla eyni məkanda durmamalı, xəstə insanları evlərinə dəvət etməməlidirlər.
Bütün otaq bitkiləri evdən uzaqlaşdırılmalıdır. İmmun sistem düzəldikdən sonra torpaqla təmas qurmamaq şərtilə birkiləri yenidən evə qaytara bilərlər. Transplantasiya sonrası heyvanlardan uzaq durmaq məsləhətdir. İmmun sistem düzəldikdən sonra öpməmək şərtilə heyvanları sığallamaq onlarla eyni evdə olmaq olar.
Evi təmizləyərkən toz qalxacaq şəkildə təmizlənməməlidir.
Evdə toza səbəb olacaq təmir işləri təxirə salınmalıdır.
Əgər uşaqlara peyvənd olunacaqsa canlı peyvəndlər olunmamalıdır.
Həşarat dərmanları, boyalar sümük iliyini qıcıqlandıra bildiyi üçün onlarla təmas qadağandır.
Şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir. Hər gün duş qəbul etmək, əlləri diqqətlə yumaq (xüsusilə tualetdən, yemək öncəsi, başqa biri ilə təmas zamanı) lazımdır.
Ağız içində çox miqdarda mikrob olduğu üçün ağız gigiyenasına xüsusilə diqqət yetirmək lazımdır. Dişləri mütəmadi fırçalamaq vacibdir. Diş ətləri, ağız içi, dildə ola biləcək ərp və yaraların olduğu halda dərhal həkimə müraciət etmək lazımdır.
Fiziki aktivlik xəstənin bədənini gücləndirir, zehni işini artırır. Həkimin məsləhəti ilə mütəmadi olaraq idman hərəkətləri etmək vacibdir.