Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

SİT öncəsi hazırlıq

Allogenik SİT öncəsi hansı hazırlıqlar aparılır?

Allogenik SİT öncəsi həm donor həm də resipientlə uyğunluq baxımından bəzi müayinələr aparılır.

Donor üçün aparılan müayinələr:

Donorun SİT-na əks göstəriş olup olmadığını müəyyənləşdirmək üçün ilk öncə fiziki müayinə aparılır.

Fiziki müayinənin ardından qanın ümumi analizi, koaquloqramma, qaraciyər və böyrək sınaqları, mikrobioloji sınaqlar, ağciyər rentgeni və EKQ çəkilir. Aparılan müayinələrin nəticəsinə əsasən ehtiyac olarsa əlavə müayinələr də aparıla bilər. Əgər donordan kök hüceyrələr ümumi anesteziya altında sümük iliyindən toplanacaqsa donor anestezioloqlar tərəfindən dəyərləndirilməlidir.

Resipiyent (alıcı) üçün aparılan müayinələr.

  • Allogenik sümük iliyi transplantasiyasının xəstə üçün göstəriş olub olmadığını aydınlaşdırmaq üçün bir sıra müayinələr aparılır.
  • Qanın ümumi analizi, qaraciyər və böyrək sınaqları, keçirilən yoluxucu xəstəlikləri müəyyən etmək üçün mikrobioloji testlər aparılır.
  • Ürəyin funksiyalarını dəyərləndirmək üçün exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) çəkilir.
  • Ağciyərlərin funksiyalarını dəyərləndirmək üçün tənəffüs funksiyası testləri aparılır.
  • Böyrəklərin funksiyalarını dəyərləndirmək üçün sidiyin ümumi analizi, kreatinin, sidik cövhəri, sidik turşusu və s. analizlər aparılır.

SİT üçün bütün müayinələr aparılıb xəstə və donor hazırlığı tamamlandıqdan sonra xəstə sümük iliyi transplantasiya şöbəsində hospitalizasiya olunur. SİT şöbəsi xüsusi havalandırma sisteminə və qoruma şərtlərinə malikdir. Otaqların havası daima HEPA filtrli bir sistem ilə təmizlənir. Bunun sayəsində SİT otaqlarında havanın sterilliyi qorunub saxlanılır. SİT şöbəsində bütün otaqlar bir nəfərlik olub xəstənin konfortu üçün ehtiyac olan bütün avadanlıqlarla təchiz olunub. Şöbənin bütün otaqları LCD elevizorlar, DVD və internet ilə təchiz olunub. Xəstələrin otaqdan çıxmasına icazə verilmir. Xəstə otaqlarına daxil olan şəxslər mütləq sterillik qaydalarına riayət etməlidirlər. Bütün bu müddət ərzində həkimlərimiz, tibb baciları və kiçik tibb personalımız bütün qayğıları ilə xəstələrimizə yüksək səviyyəli xidmət göstərməkdədir.

Kateterin qoyulması:
Transplantasiya öncəsi müalicəyə başlamazdan əvvəl xəstələrin körpücükaltı venalarına kateter qoyulur. Qoyulan kateter xəstəni hər dəfə damaryolu açılmasından azad edir. Bütün müalicə müddətində dərman preparatları, qan və qan komponentləri bu kateter vasitəsilə infuziya edilir. Hətta qan nüminələri belə kateter vasitəsilə alına bilir.

Hazırlıq rejimi:
Sümük iliyi transplantasiyası öncəsi xəstələrə yüksək doza kimyəvi dərman müalicəsi va ya radioterapiya tətbiq olunur. SİT öncəsi tətbiq olunan bu müalicəyə hazırlıq rejimi deyilir. Hazırlıq rejimini tətbiq etməkdə başlıca məqsədimiz xəstənin xəstə iliyini öldürməkdir. Beləliklə xəstəyə transplantasiya ediləcək yeni ilik sağlam qan hüceyrələri əmələ gətirməyə başlayacaq. Hazırlıq rejiminin müddəti xəstəliyin növündən və xəstənin ümumi vəziyyətindən asılı olaraq 7-10 gün arasında dəyişə bilər.

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi