Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Transplantasiyadan sonra

Gözləmə və nəql edilən kök hüceyrələrdən yeni qan hüceyrələrinin əmələ gəlməsi:
Xəstəyə verilən yeni kök hüceyrələr, qan dövranı ilə sümük iliyinə gəlir və burada normal hematopoez başlayır. Nəql edilən kök hüceyrələr 10-15 gün sonra yeni qan hüceyrələri əmələ gətirməyə başlayır. Nəql edilən ilik işləməyə başlamadan öncə xəstəyə qan və komponentləri köçürülür (eritrositlər-qırmızı qan hüceyrələri, trombositlər-qan pulcuqları). Qan hüceyrələrinin səviyyəsinin aşağı olduğu bu müddətdə xəstənin yoluxucu xəstəliklərə yoluxma ehtimalı artır. Bu səbəbdən qızıdırma halları ciddi təqib edilməli və ehtiyac olarsa antibiotik müalicəsi başlanmalıdır. Xəstənin halsızlıq, udma aktının çətinləşməsi, ağızda yaraların yaranması, ishal, qarın ağrıları kimi şikayətləri ola bilər.

Xəstənin şikayətlərini minimuma endirmək üçün xüsusi pəhriz və qulluq qaydalarına riayət etmək lazımdır. Həmçinin HEPA filtrli sistemi olan otaqlarımız infeksiyaya yoluxma riskini minimuma endirmək üçün xüsusi olaraq dizayn edilmişdir.

Eve yazilma dövru:
Transplantasiya olunmuş xəstə evə yazıldıqdan sonra bir neçə ay həkim nəzarətində olmalıdır. Həkim nəzarətində olan xəstədə hər hansı bir narahatlıq olarsa dərhal həkim tərəfindən müdaxilə olunmalıdır. Bu səbəbdən regionlarımızda yaşayan xəstələrimiz 6 ay ərzində Bakı şəhərində qalmalıdırlar. Kontrol müayinələr üçün xəstələrimiz mərkəzimizə müraciət etməlidirlər. İlk 3 ay həftədə 1-2 dəfə kontrol müayinə vacibdir. Daha sonra kontrol müayinələr 15-30 gün ərzində aparılır. İlk bir il ciddi bir problem yaşanmazsa kontrol müayinələrimiz 2-3 ayda bir aparılır. Kontrol müayinələrin aparılma müddəti xəstənin ümumi vəziyyətindən asılıdır. Rutin müayinələrimizdən başqa oftalmoloqun müayinəsi, tənəffüs funksiyası sınaqları, densitometriya aparılması lazımdır.

Fəsadları
Transplantasiya sonrası yaranan fəsadlar:
Graft versus host xəstəliyi (GVHX): Xəstəyə transplantasiya zamanı kök hüceyrələrlə yanaşı T-limfositlər də verilir. Bir çox hallarda donorun T-limfositləri resipiyentin orqan və toxumaları tərərfindən yad kimi qəbul olunur və resipiyentin T-limfositləri onları dəf etməyə çalışırlar. Bu zaman xəstənin orqan və toxumalarında əmələ gələn zərər GVHX adlanır. GVHX qarşısının alınması üçün transplantasiya öncəsi və sonrası xəstəyə qoruyucu dərmanlar təyin olunur. Buna baxmayaraq qohum vericidən olunan transplantasiyaların 30-40%-də, yad vericidən olunan transplantasiyaların 60-80%-də GVHX görülür. GVHX transplantasiya sonrası hər hansı bir zaman yarana bilər. GVHX-nin ən çox rast gəlinən əlamətləri: dəridə qızartılar, qaşınma, dəri səpgiləri, ishal, qaraciyər funksiyalarında pozğunluqlardır. Kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün xəstəyə immundepressantlar təyin olunur.

Verilən kök hüceyrənin yerləşməməsi:
Bəzən nəql edilən kök hüceyrələr yeni sümük iliyi əmələ gətirə bilmir. Bu halda yeni qan hüceyrələrinin əmələ gəlməsi prosesi baş vermir. Xəstənin hemoqramına baxaraq iliyin tutub-tutmamasını müəyyənləşdirmək mümkündür. Belə hallarda yenidən transplantasiya ehtiyacı yarana bilər.

Xəstəliyin təkrarlama riski:
SİT sonrası əsas xəstəlik təkrarlaya bilər. Standart hazırlıq rejimi ilə olunan transplantasıyalar zamanı təkrarlama riski 25-30%-dir.

Sümük iliyinin təkrar köçürülməsi:
Əgər vericidən alınan kök hüceyrənin alıcının sümük iliyində tutması uğursuz olarsa və ya transplantasiya sonrası xəstəlik təkrarlanarsa ikinci dəfə ilik köçürmək mümkündür. Aparılacaq müalicənin seçimi və kök hüceyrə mənbəyi şəraitdən asılıdır.

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

Aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinin baş verdiyi hallarda həkimə müraciət etmək lazimdır:

  • Hərarət
  • Təngnəfəslik
  • Sidiyə gedərkən yanma hissi, hematuriya
  • Burun axması
  • Qrip
  • Ürəkbulanma, qusma İshal
  • Bulanıq görmə
  • Başağrısı
  • Dəridə səpgilər
  • Ağızda yaralar
  • Qanama
  • Kateterlə bağlı problemlər

Transplantasiya sonrası gecikmiş fəsadlar ola bilərmi?

Uğurlu transplantasiya xəstənin ikinci yaşama şansıdır. Amma nəzərə almaq lazımdır ki, tranplantasiya xəstənin sadəcə sağlamlığına deyil həmçinin zehni və psixi halına da təsir edir. Xəstələr transplantasiya zamanı və sonrası çətinlikləri müxtəlif cür qarşılayırlar. Bəziləri bu dövrü rahat keçırdıyi halda, bəziləri çox ciddi problemlərlə qarşılaşır.

Transplantasiya olunmuş xəstələrin səhhətində gec dövürdə yarana biləcək fəsadlar:
Dayaq hərəkər sistemində yaranan fəsadlar (ağrılar) Cinsi problemlər Antidepressantların qəbulu Katarakta Tiroid hormonu matışmazlığı Sümük lizisi (osteoparoz) Digər xərçəng növünün əmələ gəlməsi ehtimalı Saçın tökülməsi (saç tökülməsi hazırlıq rejimi zamanı aparılan kimyəvi dərman müalicəsinin nəticəsidir). Dəri rənginin tündləşməsi Hormonal disbalans Kişilərdə erektil disfunksiya Qadınlarda erkən menopauza və vaginal elastikliyin azalması.

Hazırlıq dövründə aparılan kimyəvi dərman müalicəsi və ya şüa terapiyası sonsuzluğa səbəb ola bilər. Bu səbəbdən qadınlarda yumurta hüceyrənin,kişilərdə isə spermanın dondurulması əməliyyatı həyata keçirilir.

Qürurla deyə bilərik ki mərkəzimizdə 62 sayda uğurlu əməliyyat həyata keçirilib.

İlk ilin sonunda (2014-cü ildə) 10 sayda transplantasiya həyata keçirilib.

2014-cü ildən etibarən hər il 15 nəfər üzərində transplantasiya həyata keçirilib. Əməliyyata başladığımız ildən bu günə qədər mərkəzimizdə 3 autoloji və 59 allogenik transplantasiya olmaqla cəmi 62 sayda transplantasiya həyata keçirilib.

Talassemiya Mərkəzinin SİT şöbəsində hədəfimiz aparılan əməliyyatlarımızın sayını artırmaq və transplantasiya sonrası ciddi təqib və qulluq sayəsində sağqalma faizini ən yüksək səviyyəyə artırmaqdır.

Sümük iliyi transplantasıyasında hədəflərimiz:
Transplantasiya sayımızı artırmaq Transplantasiya sonrası yüksək sağqalma göstəricisi Transplantasıya sonrası xəstəliksiz keçən müddətin uzadılması Xəstələrimizə ən yüksək səviyyədə xidmət göstərmək üçün çalışırıq. Sümük iliyi transplantasiyası müddətində tam təminatlı mərkəz.

5 yataq ilə xidmətə başlamış SİT şöbəmiz hal hazırda Respublikamızda yeganə sümük iliyi transplantasiya şöbəsidir. SİT şöbəmizdə hər bir xəstə bir nəfərlik otağa yerləşdirilir. Bütün otaqlarımız HEPA filtrli və pozitiv təzyiqlidir. Otaqlarda müşayiətçinin qalması üçün də hər cür şərait mövcuddur. Otaqlarımız LCD televizorlar, DVD, WiFi ilə tam təmin olunub. Bundan başqa kök hüceyrə toplama otaqlarımız və gündüz stasionar otaqlarımız mövcuddur. Mərkəzimiz 7 gün 24 saat fəaliyyət göstərir. Transplantasiya müddətində bütün müayinələr və lazımi tibbi müdaxilələr mərkəzimizdə həyata keçirilir.

Bu çərçivədə, bütün kök hüceyrə toplama, saxlama və geri vermə prosesləri SİT şöbəmizdə həyata keçirilir.

Toxuma qrupu uyğunluğu Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyalı HLA toxuma laboratoriyamızda həyata keçirilir.

Xəstəxanamızın laboratoriyasında həmçinin toplanan kök hüceyrələrin dondurulması, saxlanması və dəyərləndirilməsi həyata keçirilir.

Xəstəxanamızda Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyalı Aferez otağımız mövcuddur.

Mərkəzimizin Sümük iliyi transplantasiyası şöbəsində autoloji, allogenik, qohum və qohum olmayan vericidən va ya 50% HLA uyğunluğu olan (haplo identik) qohum vericidən də transplantasiya olunur.

Sümük iliyi transplantasiyası şöbəsində müalicə və təqib həkim və tibb heyətimiz tərəfindən komanda şəklində həyata keçirilir.

Komandamız çox güclü bir komandadır.

Talassemiya Mərkəzinin SİT şöbəsində poliklinik xəstə təqibi, xəstə ilə verici ilk dəyərləndirilməsi mərkəzin direktoru Dr.Valeh Hüseynov tərəfindən şəxsən aparılır.

Yatan xəstələrin təqibi, transplantasiya sonrası yatan xəstələr və evə yazılan xəstələrin ilk 3 ay təqibi, autoloji transplantasiya olan xəstələrin izlənməsi, kök hüceyrələrin toplanması və bütün xəstə təqib işləri direktorumuz Valeh Hüseynovun rəhbərliyi altında bir komanda şəklində həyata keçirilir.

Həkim heyətimizlə yanaşı tibb bacıları və kiçik tibb personalı xəstələrimizin bütün müaicə müddətində böyük qayğı və təcrübələri ilə yüksək səviyyəli xidmət göstərməkdədir.

Mərkəzimizin SİT şöbəsində dövlət proqramı ilə və özəl sığorta şirkətləri tərəfindən sığortalanan xəstələr də təmənnasız transplantasıya olunurlar. Mərkəzimizdə həyata keçirilən transplantasiyaya bağlı ağırlaşmaların məsuliyyətini mərkəzimiz daşıyır.

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi