Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Terapevtik aferez

Aferez:

  • Aferez donor və ya xəstədən tam qanın alınaraq komponentlərə ayrılması və lazım olan komponentin alındıqdan sonra qanın qalan qisminin geri verilməsi prosedurudur.
  • Prosedur zamanı donorlardan istəyə görə qanın içindəki (sümük iliyi transplantasiyasında istifadə olunan) kök hüceyrə toplanması, trombosit və ya eritrosit kütləsi hazırlanır.
  • Digər prosedur terapevtik aferez adlanır. Bu prosedurda, xəstə xüsusi cihazlara bağlanır. Xəstənin qolundaki damardan alınan qan, xüsusi cihaza daxil olaraq, lazımsız maddə ayrıldıqdan sonra digər qoldan açılan damar yoluyla orqanizmə yenidən pompalanır.
  • Bu prosedurdan hematoloji, endokrinoloji, nefroloji, kardioloji, nevroloji, göz, dermatoloji, qara ciyər, onkoloji, orqan transplantasiyası, zəhərlənmələr, xolesterolun düşürülməsi kimi bir çox patologiyalarda istifadə olunur.

Fotoferez:

  • Azərbaycanda Fotoferez proseduru İlk dəfə Talassemiya Mərkəzində icra olunur. Fotoferez, fərqli xəstəliklərdə solid organ tranplantasiyalarının reddinde və graft versus host xəstəliyində (sümük iliyi transplantasiyasından sonra meydana gələn ağırlaşmadır) revmatoid artrit, sistemik skleroz, qırmızı qurd eşənəyi (sistemik lupus eritematozus), pemfigius vulgarisdə istifadə olunur.

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi