Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

18.02.2020 tarixində Distant Bilik Mərkəzinin təşkilatçılığı ilə psixoloji seminar keçirilmişdir

19.02.2020

18.02.2020 tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində Distant Bilik Mərkəzinin təşkilatçılığı ilə psixoloji seminar keçirilmişdir.

Seminarda Distant Bilik Mərkəzinin rəhbəri Fuad Ağayev, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Baş həkimi Dr. Afaq Nəsibova, Mərkəzin tibb işçiləri, Distant Bilik Mərkəzinin psixoloqu Minəxanım Əliyeva və Mərkəzdə stasionar şəraitdə müalicə alan uşaqların valideynləri iştirak edib.

Seminarın məqsədi azyaşlı və yetkinlik yaşına çatmamış uşaqların valideynlərini, uşaqların müxtəlif yaş dövrlərində keçirdikləri “Yaş böhranları” mövzusunda maarifləndirməkdir.

Bu mövzularda olan seminarların Mərkəzin hər iki bölməsində davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi