Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Hər həftənin 4-cü günü Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkimlər və tibb bacıları üçün elmi-praktik seminarlar keçirilir

14.02.2020

Hörmətli həmkarlar!

Nəzərinizə çatdırmaq istəyirik ki, hər həftənin 4-cü günü Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkimlər və tibb bacıları üçün elmi-praktik seminarlar keçirilir. Həkimlər üçün seminarlar Mərkəzin Talassemiya bölməsində, tibb bacıları üçün seminarlar isə Mərkəzin əsas korpusunun konfrans salonunda keçirilir.

Bu həftə tibb bacıları üçün elmi-praktik seminar Reanimasiya şöbəsinin tibb bacısı Abdullayeva Susannanın təqdimatında "Kimyəvi terapiya qəbul edən xəstələrə xidmət" mövzusunda keçirildi.

Seminar nəzəri hissədən sonra müzakirələrlə davam edib.

Qeyd edək ki, seminarlar hər həftənin 4-cü günü, həkimlər üçün saat 14:00-da Talassemiya bölməsində, tibb bacıları üçün isə Mərkəzin əsas binasında saat 14:30-da keçirilir.

Növbəti seminarların mövzusu ilə tanış olmaq üçün səhifəmizi izləyin.

QEYD: Seminarlarda iştirak ödənişsizdir.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi