Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Milli Hematologiya və Transfuziologiya Mərkəzində 08 May Beynəlxalq Talassemiya Günü ilə əlaqədar onlayn konfrans keçirilib.

08.05.2020

Onlayn konfransda Mərkəzin icraçı direktoru Valeh Hüseynov, direktorun Transfuziologiya işləri üzrə müavini T.ü.f.D Qumral Ələkbərova, Mərkəzin Talassemiya bölməsinin baş həkimi Dr. Afaq Nəsibova, Mərkəzin Talassemiya bölməsinin şöbə müdirləri, Dr. Zenfira Mirzəyeva, Dr. Xuraman Cəfərova, Dr. Samirə Həsənova, Dr. Nərgiz Əliyeva, Dr. Əfsanə Məmmədova, Genetika mütəxəssisi Ağa Rza Ağayev və “Azərbaycan Talassemiya Federasiyası” nın rəhbəri Nailə Quliyeva iştirak ediblər.

Mərkəzin icraçı direktoru Valeh Hüseynov öncə qədim şəhərimiz Şuşanın işğalından 28 il ötdüyünü xatırlatdı. Bütün şəhidlərə Allahdan rəhmət diləyərək dedi ki, inanırıq, tezliklə Şuşaya, əzəli yurdumuza dönəcəyik.

Valeh Hüseynov bildirdi ki, ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. 1-ci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın Mərkəzə olan qayğısını xüsusi vurğulayan direktor bildirdi ki, hazırda Mərkəzimizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalıların normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Bildirildi ki, ölkə Prezidentinin 2005/2010, 2010/2015-ci illəri əhatə edən ilk sərəncamlarının ardından 2015-ci il 10 fevral tarixli növbəti Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015/2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.

Valeh Hüseynov, bu gün dünyada yaranan koronavirus pandemiyasının irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin sağlamlığında yaratdığı çətinliklərdən danışaraq vurğuladı ki, koronavirus pandemiyası səbəbi ilə Azərbaycanda 1500-dən çox talassemiyalılar, həyatları qandan asılı olan digər hematoloji xəstələr və təcili əməliyyata ehtiyacı olan şəxslər üçün qan çatışmazlığı səbəbindən həyati risk yaranmışdı.

Hər zaman olduğu kimi bu dəfə də, bu çətin durumda çox hörmətli 1-ci Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva nəcib təşəbbüslə çıxış edərək insanları yardımlaşmağa, damarlarında axan qanı, qana ehtiyacı olan şəxslərə hədiyyə etməyə çağırdı.

Bu çağırışdan sonra Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq yüzlərlə vətəndaşımız qoşuldu və irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün səfərbər oldular.

Valeh Hüseynov, bu nəcib təşəbbüsə görə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bütün pasiyentlər adından Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Sonra Mərkəzin digər həkimləri Mərkəzdə qeydiyyatda olan xəstələr, onlara göstərilən tibbi yardımın mahiyyəti və bundan sonra atılacaq addımlar haqqında məlumat verdilər.

"Azərbaycan Talassemiya Federasiyası"nın rəhbəri Nailə Quliyeva çıxışında görülən işlərdən məmnunluqlarını ifadə edərək təşəkkürlərini bildirdi və problemlərin aradan qaldırılması üçün birgə fəaliyyətin vacibliyini vurğuladı.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi