Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Milli Hematologiya və Transfuziologiya Mərkəzində tibb bacıları üçün elmi-praktik seminar keçirildi

06.02.2020

Hörmətli həmkarlar!

Nəzərinizə çatdırmaq istəyirik ki, hər həftənin 4-cü günü Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkimlər və tibb bacıları üçün elmi-praktik seminarlar keçirilir. Həkimlər üçün seminarlar Mərkəzin Talassemiya bölməsində, tibb bacıları üçün seminarlar isə Mərkəzin əsas korpusunun konfrans salonunda keçirilir.

Bu həftə tibb bacıları üçün elmi-praktik seminar Birinci hematologiya şöbəsinin tibb bacısı Nəzərova Zenfiranın təqdimatında "Anafilaktik şok əleyhinə təxirə salınmaz tibbi yardım" mövzusunda keçirildi.

Seminar nəzəri hissədən sonra müzakirələrlə davam edib.

Qeyd edək ki, seminarlar hər həftənin 4-cü günü, həkimlər üçün saat 14:00-da Talassemiya bölməsində, tibb bacıları üçün isə Mərkəzin əsas binasında saat 14:30-da keçirilir.

Növbəti seminarların mövzusu ilə tanış olmaq üçün səhifəmizi izləyin.

QEYD: Seminarlarda iştirak ödənişsizdir.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi