Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Milli Hematologiya və Transfuziologiya Mərkəzində yoluxucu infeksiyalar və koronavirusla (COVID19) bağlı tibbi personal üçün maarifləndirici seminar keçirilib

03.03.2020

Seminarda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin infeksionisti Dr. Turan İbrahimova dünyada və Azərbaycanda yoluxucu virusların yayılmasına qarşı aparılan qabaqlayıcı tədbirlərdən, koronavirusun (COVID19) əlamətləri, qorunma yolları və iş zamanı gigiyenik qaydalara riayət olunması və hər ehtimala qarşı virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlərnin görülməsinin vacibliyi haqqında məlumat verdi.

Nəzəri hissədən sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov işçi heyətə xidmət zamanı diqqətli olmalarını və mövcud risklərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün tövsiyələrini verdi.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi