Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində yoluxucu infeksiyalar və koronavirusla (COVID19) bağlı maarifləndirici seminar keçirilib.

27.02.2020

Seminarda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin infeksionisti Dr. Turan İbrahimova və tibb bacısı Nəzrin Süleymanova dünyada və Azərbaycanda yoluxucu virusların yayılmasına qarşı aparılan qabaqlayıcı tədbirlərdən, koronavirusun (COVID19) əlamətləri, qorunma yolları və iş zamanı gigiyenik qaydalara riayət olunması və hər ehtimala qarşı virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlərnin görülməsinin vacibliyi haqqında məlumat verdilər.
Nəzəri hissədən sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Dr. Afaq Nəsibova işçi heyətə xidmət zamanı diqqətli olmalarını və mövcud risklərlə bağlı müvafiq tövsiyələrini verdi.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hər ehtimala qarşı virusdan qorunmaq üçün aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir:
Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;
Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:
Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu təkistifadəlik dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi