Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində növbəti həftəlik elmi-praktik seminar keçirilib.

27.06.2019

Talassemiya Mərkəzində növbəti həftəlik elmi-praktik seminar keçirilib, Dr. Nərmin Eyvazovanın təqdimatında "Neyroleykoz", Dr. Şəhla Hadıyevanın təqdimatında "Revmatik xəstəliklərin klinik laborator diaqnostikasına müasir yanaşma" və Genetika mütəxəssisi Mətanət Seyidovanın təqdimatında "Molekulyar biologiya və gen terapiyası" mövzularında keçirildi.

Seminarda Mərkəzin həkimləri ilə bərabər digər tibb müəssisələrində çalışan və regionlardan da qatılan həkimlər iştirak edib. Seminar nəzəri hissədən sonra geniş müzakirələrlə davam edib.

Qeyd edək ki, Talassemiya Mərkəzində həftəlik elmi-praktik seminarlar Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. Seminarlar hər həftənin 4-cü günü saat 14:00 da Talassemiya Mərkəzinin Konfrans zalında keçirilir.
Növbəti seminarların mövzusu ilə tanış olmaq üçün səhifəmizi izləyin.

QEYD: Seminarda iştirak ödənişsizdir.
Ətraflı məlumat üçün:
☎ (012) 1842

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi