Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Qax şəhərində “Talassemiyasız həyat naminə” mövzusunda elmi seminar və ödənişsiz tibbi müayinələr keçirilib.

08.10.2019

Oktyabrın 5-də Qax şəhərində Talassemiya Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” mövzusunda Qax Rayon Mərkəzi Xəstəxanasının həkimləri üçün elmi seminar və rayon sakinləri üçün ödənişsiz tibbi müayinələr keçirilib.

Qax Rayon Mərkəzi Xəstəxanasında keçirilən elmi seminarda Talassemiya Mərkəzi icraçı direktorunun müalicə işləri üzrə müavini Dr.Afaq Nəsibova və Mərkəzin stasionar şöbəsinin müdiri, Dr.Samirə Həsənova çıxış ediblər.

Məruzəçilər talassemiya xəstəliyi, əlamətləri, müalicəsinə müasir yanaşmalar və Qax rayonu ərazisində də rast gəlinən Qoşe xəstəliyi haqqında ətraflı məlumat veriblər.
Seminar daha sonra müzakirələrlə davam edib.

Seminardan sonra Mərkəzin həkimləri Qax rayon Güllük kəndində həkim mətəqəsində oldular. Burada irsi qan xəstəliyindən əziyyət çəkən kənd sakinləri üçün ödənişsiz tibbi müayinələr həyata keçirilib.

Talassemiya Mərkəzinin həkimləri həmçinin Güllük kəndində bəzi evlərdə səyyar tibbi müayinələr keçirib, müvafiq məsləhətlər veriblər.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

(+99412) 1842

Çağrı Mərkəzi