Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Yay tətilinin başa çatması ilə əlaqədar olaraq Talassemiya Mərkəzində qrafik üzrə keçirilən həftəlik elmi seminarlar, bu gündən etibarən öz işini davam etdirir.

05.09.2019

Bu gün keçirilən həftəlik elmi-praktik seminar, Dr. Nərmin Əsgərovanın təqdimatında "Sidik yolları infeksiyalarının mikrobioloji diaqnostikası" və “Sysmex” şirkətinin aplikasiya mütəxəssisi (Application Specialist) Nesli Gürescinin təqdimatında, Talassemiya Mərkəzində yeni quraşdırılmış və istifadəyə verilmiş XN - 1500+Dİ 60 cihazının üstünlükləri, “Sysmex” də hematologiyada yeniliklər mövzularında keçirildi.

Seminarda Mərkəzin həkimləri ilə bərabər digər tibb müəssisələrində çalışan və regionlardan da qatılan həkimlər iştirak edib. Seminar nəzəri hissədən sonra geniş müzakirələrlə davam edib.
Qeyd edək ki, Talassemiya Mərkəzində həftəlik elmi-praktik seminarlar Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. Seminarlar hər həftənin 4-cü günü saat 14:00 da Talassemiya Mərkəzinin Konfrans zalında keçirilir.
Növbəti seminarların mövzusu ilə tanış olmaq üçün səhifəmizi izləyin.

QEYD: Seminarda iştirak ödənişsizdir.
Ətraflı məlumat üçün:
 (012) 1842

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

(+99412) 1842

Çağrı Mərkəzi