TALASSEMİYASIZ HƏYAT NAMİNƏ
Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzində son illər bir sıra islahatlar həyata keçirilir. Ölkə Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1680 nömrəli fərmanı ilə Talassemiya Mərkəzi Publik Hüquqi Şəxs statusu almışdır.

YOL XƏRİTƏSİ
"Talassemiyasız həyat naminə" layihəsində məqsəd bir yandan mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, digər yandan isə, talassemiyalı xəstə doğulmasının qarşısını almaqdır. Bu işdə, xüsusilə də nigaha daxil olacaq gənclərin maarifləndirilməsi və daşıyıcıların müəyyən olunması vacibdir. Nigah öncəsi müayinələr və hamiləlik zamanı aparılan testlərlə talassemiyalı uşağın doğulmasının qarşısı tamamilə alına bilər.