Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Milli Hematologiya və Transfuziologiya Mərkəzində 20 Yanvar hadisələrinin ildönümü anılıb

18.01.2020

Anım tədbirlərində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov və Diaqnostik Laboratoriya müdiri Elxan Nağıyev, Talassemiya Mərkəzində keçirilən tədbirdə isə, Mərkəzin baş həkimi Dr. Afaq Nəsibova, Konsultativ poliklinika şöbəsinin həkimləri Dr. Nərmin Verdiyeva, TüfD Dr. Şəhla Hadıyeva və Baş tibb bacısı Zərgül Qasımova çıxış ediblər.

Bildirilib ki, tarixə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 20 Yanvar hadisələri və bu faciənin qurbanları xalqımızın qəlbində əbədi yaşayacaq.

Bildirildi ki, Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı, o vaxt Moskvada yaşayan, ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi.

Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Böyük tarixi şəxsiyyətin fərmanı ilə 137 nəfərə 20 Yanvar şəhidi adı verilmişdir.

20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Şəhidlərimizin qanı bahasına əldə olunmuş bugünkü müstəqilliyimizin bünövrəsinin necə qoyulduğunu, bu şərəfli tariximizi gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqdır.

Anım tədbirləri 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi