Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində növbəti həftəlik Elmi Seminar Milli Qurtuluş Gününə həsr edilib.

13.06.2019

Talassemiya Mərkəzində növbəti həftəlik Elmi Seminar Milli Qurtuluş Gününə həsr edilib.

Seminarı açan Mərkəzin Elmi işlər üzrə direktor müavini Ramin Bayramlı 26 il əvvəl Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən əvvəlki ictimai-siyasi vəziyyətdən danışdı. Xalqın ölkədəki vətəndaş müharibəsi təhlükəsindən, ağır sosial-iqtisadi vəziyyətdən Heydər Əliyev dühasının sayəsində qurtulduğu bildirildi. Qeyd olundu ki, məhz bundan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı.

Ulu Öndərin Azərbaycan səhiyyəsinin dayanıqlı və sabit inkişafının da təməlini qoyduğu vurğulandı. Direktor müavini bildirdi ki, artıq ölkəmizin bütün regionları müasir infrastruktura malik tibb ocaqlarına malikdir. Bu dayanıqlı və sürətli inkişafın qarantı isə ölkə Prezidenti İlham Əliyev və onun davam etdirdiyi Heydər Əliyev ideyalarıdır.

Seminar daha sonra Mərkəzin Hematoloqu Dr.Nərmin Verdiyevanın "Çoxsaylı mieloma" mövzusunda məruzəsi ilə davam etdirildi. Seminarda Mərkəzin həkimləri ilə bərabər digər tibb müəssisələrində çalışan və regionlardan da qatılan həkimlər iştirak edib. Seminar nəzəri hissədən sonra geniş müzakirələrlə davam edib.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi