17.02.2020
15 Fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, Yeni Azərbaycan Partiyası Yasamal rayonu təşkilatının, “Düyməcik” jurnalının təşkilatçılığı və “azmedia.az” xəbər portalının informasiya dəstəyi ilə “Sağlam Könüllüyük Biz” adlı forum keçirilib.
Layihə rəhbəri Gülgün Gündüz bildirdi ki, “Sağlam Könüllüyük Bİz” adlı forumun məqsədi Bakı şəhəri və regionlarda (Şəki, Mingəçevir, Qəbələ, Göyçay şəhərlərində) yaşayan talassemiyalıların və qan donorlarının fiziki, zehni və əmək fəaliyyətini ictimaiyyətə çatdırmaq, tanıtmaq, motivasiya etmək və sosiallaşdırmaqdır.
Forumda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Baş həkimi Dr. Afaq Nəsibova, Konsultativ poliklinika şöbəsinin müdiri Dr. Zenfira Mirzəyeva, Sümük iliyi Transplantasiyası şöbəsinin müdiri Dr. Nərgiz Əliyeva, Stasionar şöbəsinin müdiri Dr. Samirə Həsənova, Konsultativ poliklinika şöbəsinin həkimləri Dr. Tünzalə Əhmədova və Dr. Nərmin Miriyeva məruzə ilə çıxış ediblər.