01.03.2023
28 fevral 2023-cü il tarixində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi və Pasiyent Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Beynəlxalq Nadir Xəstəliklər Günü"nə həsr olunmuş simpozium keçirilmişdir.
Tədbirin açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament müdiri Hikmət İbrahimli, TƏBİB-in departament müdiri Teymur Mirzəbəyli Simpoziumun keçirilməsinin vacibliyini vurğulayaraq Elmi Simpoziumun işinə müvəffəqiyyətlər arzulanmışdır.
Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi və Pasiyent Təşkilatları İttifaqı ilə birgə təşkil etdiyi Elmi Simpozium 120 nəfərdən çox müxtəlif sahədə çalışan tibb mütəxəssislərin böyük marağına səbəb oldu.
Elmi Simpoziumda müxtəlif profillər üzrə rast gəlinən nadir xəstəliklər haqda Azərbaycanın aparıcı mütəxəssisləri tərəfindən danışılaraq mövzu ətrafında geniş müzakirələr aparılmışdır.