Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Bu gün Talassemiya Mərkəzinin Elmi-Tibbi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib.

26.08.2019

Elmi-Tibbi Şuranın iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya doğum günü münasibətilə Talassemiya Mərkəzinin kollektivi adından təbrik ünvanlanıb.

Mərkəzin direktoru Valeh Hüseynov çıxışında Talassemiya Mərkəzinin yaranması və fəaliyyət göstərməsinin məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bağlı olduğunu qeyd etdi.

2005-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Talassemiyasız həyat naminə” devizi altında dəyirmi masada, ölkəmizdə irsi qan xəstəliklərinin müayinə və müalicəsi üçün Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının yaradılmasının əsası qoyulmuşdur.

Vurğulandı ki, Azərbaycan Respublikasında talassemiya və irsi qan xəstəliklərinin müalicəsinə dair həyata keçirilən işləri Beynəlxalq Talassemiya Federasiyası yüksək qiymətləndirir.

Xeyirxahlıq və Humanizm! Bu, onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi Fond maddi vəziyyəti ağır olan minlərlə xəstəni əməliyyat və müalicə etdirərək yenidən həyata qayıtmalarına dəstək olmuşdur.

Daha sonra çıxış edən Mərkəzin Elmi işlər üzrə direktor müavini Ramin Bayramlı qeyd etdi ki, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Daha sonra, Elmi-Tibbi Şuranın iclası elmi-praktik məruzələrlə davam etdirildi.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

(+99412) 1842

Çağrı Mərkəzi