Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Kimya-biologiya təmayüllü Respublika Liseyində Talassemiya Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” mövzusunda şagirdlər üçün maarifləndirici seminar keçirildi

06.11.2019

Noyabrın 5-də Kimya-biologiya təmayüllü Respublika Liseyində Talassemiya Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” mövzusunda liseyin 8 və 10-cu sinif şagirdləri üçün maarifləndirici seminar keçirildi.

Seminarda Talassemiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev və Liseyin pediatrı Həmidə Ələfsərova məruzə ilə çıxış etdilər.

Məruzəçilər talassemiya xəstəliyi, əlamətləri və talassemiyada genetik müayinələrin vacibliyi haqqında ətraflı məlumat verdilər.
Seminar nəzəri hissədən sonra müzakirələrlə davam edib.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi