Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili

16.12.2019

Talassemiya Mərkəzində də keçirilən layihənin məqsədi xüsusi ehtiyacı olan uşaqların davamlı və keyfiyyətli ümumi təhsil almaq hüququnun təmin edilməsi, stasionar şəraitdə müalicə olunan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasiya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihədə “Distant Bilik” müəssisəsində, Təhsil və Səhiyyə Nazirliklərinin birgə dəstəyi ilə müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnən uşaqların virtual mühitdə, sosial həyata adaptasiyasına şərait yaradılmışdır.

Uşaqlar müalicə almaqla yanaşı, burada olduğu müddət ərzində təhsillərindən geri qalmır və məktəbdə tədris edilən mövzularla dərslərinə davam edirlər.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi