Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Rusiya Federasiyası səfəri

28.03.2018

26-28 mart 2018-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Talassemiya Mərkəzinin rəhbərliyi Rusiya Federasiyası Dmitriy Roqaçov adına Milli Tibbi Tədqiqat Uşaq Hematologiya Onkologiya və İmmunologiya Mərkəzində səfərdə olub.

Səfər tanışlıq və mərkəzlər arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə həyata keçirilib.
Görüş zamanı D.Roqaçov adına Milli Tibbi Tədqiqat Uşaq Hematologiya Onkologiya və İmmunologiya Mərkəzinin direktoru akademik A.Q.Rumyantsev məlumat verərək bildirdi ki, Mərkəz unikal elmi-tədqiqat və çoxprofilli müalicə müəssisəsidir. Burada hematoloji, onkoloji xəstəlikləri və birincili immun defisiti olan uşaqlara yüksək texnologiyaların tətbiqi ilə tibbi yardım göstərilir. Akademik A.Q.Rumyantsev Mərkəzin fəaliyyətinin Rusiya Federasiyası rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğuladı.

Daha sonra Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov da, öz növbəsində görülən işlər və hədəflərlə bağlı rusiyalı həmkarlarını bilgiləndirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə “Talassemiyasız Həyat Naminə” devizi altında həyata keçirilən layihələrlə bağlı verilən məlumatlar görüş iştirakçılarının marağına səbəb oldu. Qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulandı.

Görüş D.Roqaçov adına Mərkəz ilə tanışlıq və gələcək əlaqələrin, həmçinin ikitərəfli birgə elmi tədqiqatlara dair planlanan işlərin müzakirəsi ilə davam etmişdir.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi