Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

12.12.2019

Talassemiya Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Anım tədbirində ilk olaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Mərkəzin direktoru, Valeh Hüseynov bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev öz xalqına xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur.

Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Bu gün regionda baş verən hadisələr, geosiyasi durumu müşahidə edərkən bir daha əmin oluruq ki, məhz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqı bu mürəkkəb dövrdə milli kimliyini, müstəqilliyini, mədəniyyətini, iqtisadiyyatını qoruyub saxlaya bilib. Bu gün də bu siyasət möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Transfuziologiya şöbəsinin müdiri Dr. Xuraman Cəfərova çıxışında, Ulu Öndərin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafı üçün yürütdüyü siyasətdən söz açdı. Vurğulandı ki, məhz Heydər Əliyevin qətiyyəti sayəsində bu gün ölkəmizdə dayanıqlı və sabit inkişaf təmin edilib. Ulu Öndərin işıq salan ideyaları daim yaşayacaq, var olacaqdır.

Tədbir Dr. Rövşən Abbasov və Dr. Samirə Həsənovanın məruzələri ilə davam edib.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi