08.10.2019
Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, dosent Ramin Bayramlı Türkiyə Klinik Biokimya Mütəxəssisləri Dərnəyi tərəfindən 02-05 oktyabr 2019-cu il tarixləri arasında təşkil olunan “Beynəlxalq KBUD Konqres & Lab Expo 2019” da iştirak edib.
Konqres çərçivəsində təşkil olunan xüsusi konfransda Ramin Bayramlı “Azərbaycanda səhiyyə sistemi və Tibbi Laboratoriyaların idarə olunması” mövzusunda məruzə ilə çıxış edib. O, səhiyyə sistemində, o cümlədən tibbi laborator xidmət sahəsində ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verib, bu istiqamətdə beynəlxalq əməkdaşlıq perspektivlərini konfrans iştirakçılarının müzakirəsinə təqdim edib. Konfransa Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (AZKLMİB) 8 nəfər üzvü də qatılıb. AZKLMİB və Türkiyədə tibbi laboratoriya sahəsində fəaliyyət göstərən elmi cəmiyyətlər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.