Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzinin həkimləri İstanbul şəhərində keçirilən 10-cu Avrasiya Hematoloji Onkoloji Konqresində (EHOC 2019) iştirak edirlər.

10.10.2019

Talassemiya Mərkəzi ilk dəfə Konqresdə 1 şifahi məruzə və 9 poster məruzəsi ilə təmsil olunur.

Talassemiya Mərkəzinin icraçı direktoru Dr. Valeh Hüseynov Konqresə Avrasiya Hematoloji Onkoloji Qrupun (EHOG) Azərbaycan üzrə rəsmi nümayəndəsi, konqresin bölmə sədri və məruzəçi kimi dəvət olunub.

Valeh Hüseynov “Exprience of Thalassemia Center in Azerbaijan” mövzusunda əsas məruzə ilə çıxış edib, Azərbaycanda aparılan Sümük İliyi Transplantasiyası əməliyyatlarının nəticələri haqqında məlumat verib.

Qeyd edək ki, Asiya, Avropa və ABŞ-dan hematoloqların iştirak etdiyi konqresdə təqdim olunan poster məruzələrinin sayına görə Azərbaycan ölkələr arasında ikinci sıradadır.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi