Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində görüş

16.04.2018

16 aprel 2018 cil tarixində Rusiya Federasiyası Dmitriy Roqaçov adına Milli Tibbi Tədqiqat Uşaq Hematologiya Onkologiya və İmmunologiya Mərkəzinin Beynəlxalq Əlaqələr üzrə direktor müavini Cəbrayıl Cəbrayılov Talassemiya Mərkəzində səfərdə olub.

Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən ay D.Roqaçov adına Mərkəzə edilən səfərdən duyduğu məmnunluğu ifadə edən Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov Cəbrayıl Cəbrayılova, qonaqpərvərliyə görə bir daha təşəkkür etdi, əməkdaşlıq üçün ciddi zəmin yarandığını bildirdi.

Görüş Talassemiya Mərkəzi ilə tanışlıqla başladı. Qonaqlara mərkəzin maddi texniki bazası və görülən işlər barədə məlumat verildi. Hədəflərlə bağlı əslən azərbaycanlı olan rusiyalı qonağa məlumat verən Valeh Hüseynov qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı.

Görüş D.Roqaçov adına Mərkəz ilə gələcək əlaqələrin, həmçinin birgə elmi tədqiqatlara dair planlanan işlərin müzakirəsi ilə davam etdirildi.

Görüşdə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOP) idarə heyətinin üzvü Emin Hacıyev və həmyerlimiz, D.Roqaçov adına Mərkəzin klinik ordinatoru, hematoloq Fatimə Əsgərova da iştirak ediblər.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi