Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində növbəti həftəlik elmi-praktik seminar keçirildi

30.05.2019

Talassemiya Mərkəzində növbəti həftəlik elmi-praktik seminar, Dr. Pərvin Tağıyevanın təqdimatında "Veno okkluzion sindrom", Dr. Aygün Əliyevanın təqdimatında "Vitamin D çatışmazlığı" və Dr. Xuraman Cəfərovanın təqdimatında "Talassemiya major və talassemiya intermedia diaqnozlu xəstələrdə vitamin D çatışmazlığı" mövzularında keçirildi.

Seminarda Mərkəzin həkimləri ilə bərabər digər tibb müəssisələrində çalışan və regionlardan da qatılan həkimlər iştirak edib. Seminar nəzəri hissədən sonra geniş müzakirələrlə davam edib.
Qeyd edək ki, Talassemiya Mərkəzində həftəlik elmi-praktik seminarlar Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. Seminarlar hər həftənin 4-cü günü saat 14:00 da Talassemiya Mərkəzinin Konfrans zalında keçirilir.
Növbəti seminarların mövzusu ilə tanış olmaq üçün səhifəmizi izləyin.

QEYD: Seminarda iştirak ödənişsizdir.
Ətraflı məlumat üçün:
☎ (012) 1842

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

(+99412) 1842

Çağrı Mərkəzi