Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Talassemiya Mərkəzində müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr üçün Novruz şənliyi keçirilib.

19.03.2019

19 mart tarixində Heydər Əliyev fondunun təşəbbüsü ilə, Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün Novruz şənliyi təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov Fondun hər zaman talassemiyalı pasiyentlərin yanında olduğunu diqqətə çatıraraq, pasiyentlərin bayramını təbrik etdi. Daha sonra, Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov, mərkəzdə müalicə alan pasiyentləri və Talassemiya Mərkəzinin bütün işçi heyətini təbrik edərək, xoş arzularını bildirdi. 

Şənlikdə, Novruz bayramının simvolları olan Kosa, Keçəl və Bahar qızı Mərkəzdə müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr ilə görüşərək, onların arzu-istəklərini dinləyib onlarla maraqlı oyunlar oynadı. Novruz şənliyi musiqili proqramla davam etdi.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi