Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Talassemiya Mərkəzində Xocalı faciəsinin ildönümü anılıb

26.02.2019

Anım tədbirində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov və Mərkəzin pediatrı Tünzalə Əhmədova çıxış edib.

Bildirildi ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Bildirildi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün bütün zəruri addımlar atılır. Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyət Azərbaycan xalqının haqq səsinin və tarixi gerçəklərin dünyaya çatdırılmasında mühüm rol oynayır. İnanırıq ki cinəyətkarlar öz layiqli cəzasını alacaq və tarixi ədaələt bərpa olunacaqdır.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi