Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

“Talassemiyasız həyat naminə” 15 il

08.02.2020

2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" devizi altında keçirilən “Dəyirmi masa” ölkəmizdə Talassemiya problemlərinin həlli istiqamətində atılan mühüm addımların başlanğıcı oldu.

Məhz bu "Dəyirmi masa" da Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması haqqında qərar qəbul edildi.

2009-cu ildə talassemiyalı pasiyentlərə xidmət göstərən Talassemiya Mərkəzi fəaliyyətə başladı. Mərkəz faəliyyətə başlayan gündən bu günə kimi talassemiyadan əziyyət çəkən insanların müayinə və müalicəsini əhatə edən bütün xidmətlər, sümük iliyi transplantasiyası da daxil olmaqla dövlət hesabına həyata keçirilir.

"Talassemiyasız həyat naminə" layihəsində məqsəd bir yandan mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, digər yandan isə, talassemiyalı xəstə doğulmasının qarşısını almaqdır. Bu işdə, xüsusilə də nigaha daxil olacaq gənclərin maarifləndirilməsi və daşıyıcıların müəyyən olunması vacibdir. Nigah öncəsi müayinələr və hamiləlik zamanı aparılan testlərlə talassemiyalı uşağın doğulmasının qarşısı tamamilə alına bilər.

Hal hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölməsi olaraq fəaliyyət göstərən Talassemiya Mərkəzində genetik müayinələrin aparılması üçün yeni nəsil sekvenləşdirmə cihazları ilə təchiz olunmuş genetik laboratoriya fəaliyyətə başlamışdır. Sümük iliyi transplantasiyasında vacib əhəmiyyət kəsb edən donor probleminin həll olunması ilə bağlı HLA registrın qurulması və dünya donor bankına inteqrasiya üçün hazırlıq işləri görülür.

Talassemiyalılara göstərilən diqqət, qayğı və bütün görülən işlər ölkə rəhbərliyinin və Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevayanın birbaşa dəstəyi ilə həyata keçirilir.

Göstərilən diqqət və qayğıya görə talassemiyalı pasiyentlər və Mərkəz çalışanları adından ölkə rəhbərliyi və Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevayaya dərin minnətdarlığımızı bildiririk.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi