Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

“Talassemiyasız həyat naminə – qan ver, həyat qurtar” şüarı altında maarifləndirici təlim keçirilib

27.02.2019

Fevralın 27-də Binəqədi Gənclər evində Heydər Əliyev Fondunun, Gənclər və İdman, Səhiyyə nazirliklərinin, Talassemiya Mərkəzinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə - qan ver, həyat qurtar” şüarı altında maarifləndirici təlim keçirilib.

Təlimdə Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlı, qan xəstəlikləri üzrə aparıcı hematoloqlar, rayonun fəal gəncləri iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər yeni nailiyyətlərə yol açdığını vurğulayıblar. Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində görülən işlərin, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu bildiriblər.

Tədbirdə Talassemiya Mərkəzinin aparıcı hematoloqlarının “Talassemiya və digər irsi qan xəstəliklərinin qarşısını ala bilərikmi?”, “Leykemiyalar barədə nə bilirik?”, “Gənclərə qanın, qan komponentlərinin donorluğunun aşılanması, eyni zamanda, qan donorluğunun inkişafına dəstək” və “Hepatitlər barədə nə bilirik?” mövzularında məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Sonra gənclərə maarifləndirici bukletlər paylanılıb.

Maarifləndirici konfransın davamı olaraq, fevralın 28-də Binəqədi rayonundakı 6 nömrəli birləşmiş şəhər xəstəxanasında “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcək.

Digər mənbələr:

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi